KARYERA

Ofis Meneceri

ATL Info Tech şirkəti 2013 cü ilin fevralında ATL Groupun infromasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkəti kimi yaradılmışdır. Şirkətimiz bir sıra qlobal şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir. Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

Yeni fəaliyyətə başlayacaq “ATL TECH ACADEMY” Ofis Meneceri vakansiyasını açıq elan edir.

Vəzifə öhdəlikləri

  • "Ofis daxili ümumi nəzarətin edilməsi"
  • "Tədris mərkəzi ilə şirkət arasındakı əlaqələri düzgün şəkildə qurmaq və kordinasiyanı itirməmək"
  • "Rəhbərliklə, tələbələrlə və müəllimlərlə kordinasiyalı çalışmaq"
  • "Rəhbərliyə dair bütün iclas, görüşmələr və s. digər işləri davamlı təqib etmək"
  • "Dərslərin qrafikini izləmək, tələbələrin dərs saatları haqqında məlumatlandırılması, tələbə və müəllim arasında əlaqəni sağlıqlı şəkildə qurmaq"
  • "Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında həyata keçirilməsi və tez müddətdə geri dönüş edilməsi"
  • "Tədris mərkəzinə tələbə cəlb edilməsini təmin etmək"
  • "Daxil olan zənglərin cavablandırılması və sosial media səhfələrində gələn sualların geniş, tez müddətdə cavablandırılması"
  • "Məhsullar siyahısını tez müddətdə öyrənib, bu sahə üzrə araşdırmalar etmək"
  • "Tələbələrin məlumatlarına dair məlumat bazası yaratmaq"
  • "Tədris mərkəzinin fəaliyyətinə və iş prinsiplərinə dair bütün məlumatlara yiyələnmək və göstərilən sahələr üzrə dolğun şəkildə tətbiq etmək"
  • ""

Vakansiya üzrə tələblər

  • "Təlim-tədris sahəsi üzrə ilkin biliklər haqqında məlumatlı olmaq"
  • "Sosial Media və Web səhifələrinin idarə olunmasına dair orta dərəcədə bilikli olmaq"
  • "MS Office proqramlarını yüksək səviyyədə istifadə etmə bacarığı"
  • "İngilis və Rus dili üzrə minum pre-intermediate dərəcədə danışıq və yazı bacarıqları"
  • "Azərbaycan dilində səlis danışma bacarığı"
  • "Tələb olunan vakant yer üzrə iş təcrübəsi( minimum 1 il)"
  • "Gülərüz, səmimi və mehriban olmaq"
  • "Araşdırma, yenilikçi düşüncə və inkişafa meyilli olmaq"

Əla işdir hə?
Tərəddüt etmə & Müraciət et.

Əmək haqqı namizədlə razılaşdırılacaq

Davam edir

Yeniliklər axtarırsınız? Maraqlı və böyük layihələrdə işləmək istəyirsiniz?