KARYERA

KARYERA

Buddy (Mentor)

ATL Info Tech şirkəti 2013 cü ilin fevralında ATL Groupun infromasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkəti kimi yaradılmışdır. Şirkətimiz bir sıra qlobal şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir. Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

ATL Academy proqram təminatının yaradılması və İT konsaltinq sahələri üzrə 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən yaradılmışdır. ATL Academy Proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və İT sənayesinin tələblərinə cavab verən müasir və innovativ təhsil müəssisəsidir. ATL Academy hazırki mərhələdə “Code School” daxilində Software Development Fundamentals, Backend və Frontend Software Development kimi sahələri üzrə kurslar təqdim edir. Növbəti mərhələlərdə kurslar İT sahəsinin müxtəlif istiqamətlərini əhatə edəcəkdir. Dərslər İT sahəsində geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir.

Vəzifə öhdəlikləri

  • "Sosial iş"
  • "Layihələrin idarə olunması"
  • "İctimaiyyətlə əlaqələr "

Vakansiya üzrə tələblər

  • "Yarım iş günü ( Part-time ) imkanına malik olmalı"
  • "Kompüter bacarığı (Microsoft Office) olmalı"
  • "Komanda ilə işləmə bacarığı olmalı"
  • "Təşəbbüskar , məsuliyyətli və dürüst olmalı"
  • "İşində yüksək motivasiyalı olmalı"
  • "20-24 yaş aralığında olmalı"

Əla işdir hə?
Tərəddüt etmə, indi müraciət et. Anketi doldur və ya CV göndər

Əmək haqqı namizədlə razılaşdırılacaq

SON MÜRACİƏT TARİXİ: 01.01.2020

Yeniliklər axtarırsınız? Maraqlı və böyük layihələrdə işləmək istəyirsiniz?

CV ilə müraciət

Fayl seç