KARYERA

KARYERA

C# ilə Back-end üzrə Təlimçi

ATL Info Tech şirkəti 2013 cü ilin fevralında ATL Groupun infromasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkəti kimi yaradılmışdır. Şirkətimiz bir sıra qlobal şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir. Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir. ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vəzifə öhdəlikləri

  • "Internationalization"
  • "XUnit ilə unit testləri"
  • "Docker"
  • "Swagger"
  • "Regular Expressions"
  • "ASP.NET Boilerplate framework"
  • "HTTP protocol, Cookies, Headers, Status Codes, Request/Response structuresz"
  • "Postman ilə REST/JSON"
  • "SOAP ilə WEB Xidmətlər "
  • "Entity Framework Core"
  • "Entity Framework"
  • "ADO.NET, Dapper"
  • "ASP.NET Core"
  • "ASP.NET Web API"
  • "ASP.NET MVC, Razor pages"

Vakansiya üzrə tələblər

  • "Layihə meneceri/lider(idarəedici/supervisor; layihə kordinatoru qismində) iş təcrübəsi"
  • "Səlis, təmiz və düzgün nitq qabiliyyəti"
  • "Dinamik, rəngarəng və istedadlı komanda da ideyaları paylaşmaq təcrübəsi"
  • "Proqram Təminatının öyrənilməsində və tədrisində həvəsli olmaq"

İş şəraiti

  • Mehriban və ünsiyyətcil kollektiv

Əla işdir hə?
Tərəddüt etmə, indi müraciət et. Anketi doldur və ya CV göndər

Əmək haqqı namizədlə razılaşdırılacaq

SON MÜRACİƏT TARİXİ: 16.12.2019

Yeniliklər axtarırsınız? Maraqlı və böyük layihələrdə işləmək istəyirsiniz?

CV ilə müraciət

Fayl seç